"Sara Qrup"dan daha bir maarifləndirici seminar

"Sara Qrup"dan daha bir maarifləndirici seminar

Cari il sentyabrın 23-də “Sara Qrup”şirkətinin təqdimatında “Yeni gübrələrin tətbiqi” adlı seminar keçirilib.

Seminarda Rusiyanın “Phosagro” şirkətindən dəvət olunmuş aqronom və mütəxəssislər, eləcə də Türkiyədən dəvət olunmuş aqronom və kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.

Tədbirdə payızlıq əkinlərdə, o cümlədən kənd təsərrüfatı sahələrində Azərbaycan iqliminə uyğunlaşmış və daha yaxşı nəticə göstərəcək yeni növ gübrələrin istifadəsi və gözlənilən proqnozlarla bağlı çıxışlar edilib. Tədbirin əsas məqsədi - fermerləri bu mövzuda geniş şəkildə maarifləndirmək, yeni tətbiq olunacaq gübrələrin bizim kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində müvafiq önləyici rol oynamasıdır.

Seminarda, həmçinin “Sara Qrup” şirkətinin əməkdaşlıq etdiyi bir sıra böyük kənd təsərrüfatı şirkətlərinin nümayəndələri də iştirak ediblər.