Taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yemləmə gübrələrinin verilməsidir. Bu sahədə fermerlərin məlumatlandırılması üçün “Sara Qrup” şirkətinin mütəxəssisləri rayonlarda fermerlərlə görüş keçirib.
Açıq tarla müşavirəsində fermerlərə gübrə və dərmanların xüsusiyyətləri, o cümlədən kökdənkənar yemləmənin üstünlükləri barədə məlumatlar verilib. Ötən il yemləmə gübrələrindən istifadə edən fermerin taxıl sahəsi ilə tanışlıq olub. Təsərrüfat sahibləri yemləmə gübrələrinin verilmə üsulu və vaxtı barədə məlumatlandırılıblar.